
Dünyaca tanınmış iş adamı və “Tvitter”in sahibi İlan Mask yeni açıqlanan planetin ən zəngin adamların sıralamasında ilk yerdə qərarlaşıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki,”Space X” şirkətinin qurucusu Mask lüks baxım məhsulları qrupu “LVMH”nin sahibi Bernard Arnaultu geridə buraxaraq dünyada ən zəngin adam olub.
“Forbes” dərgisinin yazısına görə, Maskın dəqiq sərvəti 1,75 artaraq 240,7 milyard dollara çatıb.
Dəyərləndirmədəki artımda “Tesla” hissələrinin 2,5 faizindən çox artması təsirli olub.
Arnaultun sərvəti isə 235 milyard dollar olub.
Dünyanın ən zənginləri sıralamasında “Amazon” şirkətinin qurucusu Jeff Bezos üçüncü sırada yer alıb. 152 milyard dollarlıq sərvəti ilə Bezos “Oracle”nin qurucusu Larry Ellisonu geridə buraxıb. Ellison 148 milyard dollarlıq sərvətə sahibdir.
Bill Qeyts isə 120 milyard dollarlıq varidatı ilə 5-ci olub. Qeytsi “Berkshire Hathaway” şirkətinin sahibi Varren Buffet izləyib.
117 milyard dollarlıq sərvəti ilə Buffet sıralamada ilk 6-lıqda yer alıb.
Tərcümə: Arzu