Pierre Sane: Dirəniş ədalət, azadlıq və bərabərliyə söykəndikdə, qalib olacaq

  • By arzu
  • 25 İyul 2023 18:08

“Amnesty İnternational”ın keçmiş başçısı Pierre Sane Parisdə İran Milli Dirəniş Şurasının qərargahında çıxış edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Sane İrandakı ağır insan haqları pozuntuları ilə bağlı nitqində xalqın səssizliyindən və hərəkətsizliyindən danışıb.

Çıxış nitqinə salamlaşma ilə başlayan Pierre Sane bioqrafiyaların keçmişlə bağlı olduğunu, gələcəyin isə insan haqları və hüquqçular tərəfindən yazıldığını söyləyib.

Qızı ilə toplantıya qatılan Sane onun bir vəkil olduğundan Kiyevdə çalışmasından bəhs edib. Sane vəkil qızının Banqladeşdəki kööçkünlərə hüquqi yardım etməsində, Konqodakı işlərindən danışıb.

Sane bildirb ki, qızı ilə birlikdə çox dinamik insan haqları ailəsi yetişdirməyə, hazırlamağa davam edəcəklər.

 

İnsan haqlarının böhran yaşadığını dilə gətirən Sane 1990-cı illərdə Amnistiya Təşkilatı olaraq insan haqları baxımından, pis günləri yaşadıqlarını sandıqlarını bildirib.

“Ruandada soyqırım yaşadıq. Afrikada İraqın işğalı ilə birən və sonu gəlməyən savaşlar, ardından bu toqquşmaların yol açdığı bütün insan haqları pozuntuları ilə terrora qarşı on illərlə davam edən bir müharibə yaşadıq. Ancaq Rusiya-Ukrayna savaşının başlaması ilə keçmişdəki yaşananlarla üzləşdikdə, keçmişin i qədər də qorxunc olmadığı görülür”.

“Amnesty İnternational”ın keçmiş başçısı S. Pierre İranın insan haqları pozuntusu ilə bağlı beynəlxalq ictimaiyyətin səssizliyinin və təpkisizliyinin mərkəzində yer aldığını vurğulayıb.

 

İnsan haqları müdafiəçisi Sane oxuduğu “Amnesty İnternational”ın hesabatına deyinərək qətliamlar, işgəncə, edam, qadınlara şiddət, azadlıqlara və ictimai sərbəstliklərə əl qoyulmas və basqılara diqqət çəkib.

Sane çıxışında yalnız bir insan haqları müdafiəçisi olmadığını, həm də Marksist olaraq qabaqcıl bir baxış bucağından danışdığını açıqlayıb.

İslamafobiyanın olduğu dönəmdə İslamı inqilabı qınamaq üçün tərrəddülərinin olduğunu söyləyən Sane İran iqtidarının anti-imperialist bir duruş sərgiləməsinə diqqət çəkib.

“Vaşinqton və Qərbin buna əl-ələ verərək istəksizliyi ortadadır. Ayrıca, Qərb qüvvələri rejim dəyişikliyini təmin etmək üçün manipulyasiya etdiyi devrimlərə dair şübhələr var. Bu səbəblərdən dolayı, qlobal irəliçi hərəkətlər İrandakı azadlıq döyüşçüləri ilə gerçəkdən, əl-ələ vermək mövzusunda bir istəksizlik sərgiləyirlər”.

Sane insan haqlarının pozulması mövzusunda günahkarların kim olarsa, olsun, qurbanlara səssiz qalınmasından narahatlığını deyib.

İnsan haqlarının bəşəri bir hüquq olduğunu bildirən Sane İran xalqının da insanlığın bir parçası olduğunu söyləyib.

 

“Dolayısı ilə geopolitik inkişaf nə olarsa, olsun, insan haqları pozuntusunun qurbanı olan, insan haqları rejimi üçün mübarizə edən hər ksə qarşı həmrəylik işimizi siyasət üzündən fəda edə bilmərik”, -deyə o söyləyir.

Sane deir ki, cəzasızlıq inkişaf edərsə, insan haqları ola bilməz. Onun fikrincə, insani məsuliyyət yoxdursa, insan haqları da yoxdur. Həmrəylik əsasdır.

“Həmrəyliyin Cənubi Afrika aparteidi bitirməkdə, Latın Amerikasının hərbi diktaturanı  bitirməkdə, Vyetnam savaşını bitirməkdə necə uğurlu olduğunu göstərdik. İranda insan haqları mübarizəsi üçün həmrəyliyi artırmağın zamanı gəlib”.

Sane vurğulayır ki, irəliləyişçi tərəfdarı olan hərəkət qlobal geopolitik düzəlişlər qarşısında oyaq olmalıdır.

“Nəticə olaraq, İran dirənişinin baxış bucaqlarını çəkişmək, bilgiləndirmək, mübahisəni qazanmaq üçün, yalnız Qərbdə deyil, qlobal Cənubdakı hökumətlərə çatmasının gərəkli olduğunu təqdim edirəm”.

 

Bu cür hərəkətlərin İranı prioritet almalı olduğunu söyləyən hüquq müdafiəçisi Sane fikirlərini bu cür tamamlayıb:

“Dirəniş ədalət, azadlıq və bərabərliyə söykəndikdə, qalib olacaq. Təşəkkür edirəm”.

 

 

Tərcümə: Arzu

Gununsesi.info