“Bavariya” klubu Fələstinə dəstək olan futbolçu ilə bağlı qərar verdi

Münxenin “Bavariya” klubu İsraillə silahlı münaqişədə Fələstinin tərəfini tutan Nussair Mazrauini komandasında saxlamağa qərar verib.

Gununsesi.info xəbər verir ki, klubun baş direktoru Yan-Kristian Dresenin sözlərinə görə, futbolçu ilə “ətraflı və izahlı söhbət” aparılıb.

“Mazraui bizi inandırıcı şəkildə əmin etdi ki, sülhsevər bir insan kimi terroru və müharibəni qəti şəkildə rədd edir. O, yazılarının diskomfort yaratdığına görə təəssüflənir”, – Drezen bildirib.

O əlavə edib ki, futbolçu “bütün terrorizmi və terror təşkilatlarını” pisləyir.

Baş direktor dəqiqləşdirib ki, Mazraui komandada qalacaq, lakin zədə səbəbindən müvəqqəti olaraq oyunlara qatıla bilməyəcək.

Qeyd edək ki, 25 yaşlı mərakeşli futbolçu sosial şəbəkədəki səhifəsində Fələstinə dəstək videosu yayımlayıb. Bu paylaşım “Bavariya”nın və medianın tənqidinə səbəb olub.

Gununsesi.info