“MTN İşi”nin məhkəməsində “Gününsəsi”nin yazdıqlarından danışılıb

  • By admin
  • 03 Aprel 2023 18:25

Ləğv olunmuş Milli Təhülkəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev və onunla birlikdə mühakimə olunan nazirliyin sabiq şöbə rəisləri Vüsal Ələkbərov və  Sahib Ələkbərovun apellyasiya şikayətinə baxılması prosesi davam edir.

Gununsesi.info-nun xəbərinə görə, sonuncu prosesdə Sahib Ələkbərov növbəti dəfə Baş Prokurorluğun keçmiş rəhbərliyini ittiham edib.

HTML tutorial

BUNA DA BAX:

 

Rüstəm Usubovun Hacı Məmmədov işində ifadəsi

O, Gununsesi.info-nun bir neçə gün əvvəl Hacı Məmmədov işində  Baş Prokurorun o dövrdə idarə rəisi olmuş Rüstəm Usubovun ifadələrini dərc etdiyini deyib: “Həmin ifadələri mən almışdım. O ifadələri yəqin ki, Gununsesi.info saytında oxumusunuz. Orada gönürür ki, mən Rüstəm Usubovu necə sıxmışam. Bəli, o məndən bunun qisasını aldı. Niyə bu adam məsuliyyətə cəlb olunmur”.

Afət Abbasova

Gununsesi.info