
Deputat Fazil Mustafaya qarşı terror törətməkdə şübhəli bilinən şəxslərin barəsində məlumat yayılıb.
Gununsesi.info-nun xəbərinə görə, təşkilatçı Səricanov Azər Kamran oğlu 1976-cı ildə Salyan rayonunda anadan olub. Şiə məzhəbli dindar şəxsdir. 2010-2019-cu illər aralığında 11 dəfə İİR-ə səfər edib.
Köməkçi Əsgərov Elşad Tofiq oğlu 1983-cü ildə Bakı şəhərində anadan olub. Şiə məzhəbli dindar şəxsdir, 2013-2018-ci illlər aralığında 9 dəfə İİR-ə səfər edib.
Atəş açan Şirinov Səbuhi Vəliyyədin 1986-cı ildə Ağdam rayonunda anadan olub. Şiə məzhəbli dindar şəxsdir. 2017-2022 illər aralığında 15 dəfə İİR-ə səfər edib.
Gununsesi.info