
İsraildə son zamanlarda gərginlik artır. Siyasi çəkişmələr, meydan etirazları, Fələstinlə silahlı qarşıdurmalardan sonra Baş Prokuror da bu olanlara daha birisini əlavə edib.
Gunusesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Baş Prokuroru Qali Baharav nazir Ben Qvirin “Milli Mühafizə Gücü” qurulması qərarına öz etirazını bildirib.
İsrailin “Kanal12” Televiziyasının xəbərinə görə hökumətə etirazlarını yazılı olaraq göndərilən Bharav “Hüquqi əngəl var. Pilisin əlavə bir silahlı gücə ehtiyac duymadan təhlükəsizlik problemlərini həll etməsi gərəkdir”, – deyə vurğulayıb.
Xəbərə əsasən , Qalinin açıqlamasına nazir Qvirin bu cür cavab verib: “Baş prokuror daha bir dəfə təkərə çomaq soxur. İndi də İsrailin Milli Mühafizə Gücünün qurulmasının qarşısını alır. Küçələrin təhlükəsizliyinin yenidən təmini üçün Milli Mühafizə Gücləri təşkilatı qurulmalıdır”.
Yeri gəlmişən, İsraailin Polis Təşkilatının Başçısı Kobi Şabtay da Milli Mühafizə Gücü qurumunun yaradılmasına qarşıdır.

Tərcümə: Arzu Sayadoğlu