“Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası şimal bölgəsində öz işinə davam edir - FOTOLAR

Küçə qaz xəttinin çəkilməsi, İdrisoba kəndinin qazlaşdırılması və qaz sayğacının yerinin dəyişdirilməsi ilə bağlı müraciətlər Xaçmazda keçirilən “Açıq mikrofon” aksiyasında ünvanlanıb.

Mikrofon önünə çıxan 3 sakin adıçəkilən kəndin sakinlərinin mavi yanacaqla təchiz olunma istəyini dilə gətiriblər. Xudat şəhərindən qatılan Bəybala Şahmuradov debitor borcun araşdırılmasını xahiş edib.

HTML tutorial

Sonda çıxış edən Şamil Adamov operativ fəaliyyətə görə ölkə başçısı və SOCAR rəhbərliyinə təşəkkürünü bildirib.

Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.

 

Gununsesi.info