İranda yaşayış binasında partlayış olub - VİDEO

İranda yaşayış binasında partlayış olub.

Bu barədə “Azad İran” “Telegram” kanalı görüntülər yayıb.

HTML tutorial

Bildirilir ki, Zahedan şəhərinin Əmir əl-Möminin küçəsində yerləşən yaşayış binası partlayış nəticəsində uçub.

Məlumata görə, qaz sızması nəticəsində yaranan partlayışın dalğası təxminən 500 metr məsafədə yaşayış binalarını silkələyib.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

Gununsesi.info