Trampın vəkili: “Məhkəmə davasına hazırıq”

  • By arzu
  • 03 Aprel 2023 16:28

Keçmiş ABŞ Prezidenti Donald Trampın vəkili Joe Tacopina bu həftə planlaşdırılan məhkəmə toplantısından öncə açıqlama verib.

Gunusesi.info xarici mətbuata istinadən xəbər verir ki, Tacopina “savaşa hazırlaşdıqlarını” söyləyib.

HTML tutorial

Yeri gəlmişkən, Trampın qarşıdakı məhkəmə davasında Ma-a Laqodakı evindən Nyo-Yorka gedərək bir porno ulduza “susdurma payı” ödəməsi ilə bağlı ittihamlarla üzləşməsi gözlənilir.

Məhkəmədən sonra keçmiş Amerikan liderinin Floridadakı evinə dönməsi və dəstəkçilərinə bir nitq söyləməsi gözlənilir.

Donaldın vəkili keçmiş prezidentə qarşı hər cürə ittihamlara şiddətlə qarşı çıxacaqlarını söyləyib.

Bu bazar günü “ABC”nin “This Week” proqramında çıxış edən vəkili “Bu davaya hazırıq. Onu təmizə çıxarmaq üçün bu işi ola bildiyi qədəri ilə daha erkən həll etməyi dörd gözlə gözləyirəm”, – deyə vurğulayıb.

Mediada yer alan xəbərlərə görə, D. Tramp 30-dan çox ittihamla qarşı-qarşıya qalacaq.

Gunusesi.info