İtaliya Parlamenti xarici sözlərin işlədilməsinə qadağalar gətirir – CƏZALANDIRMA

  • By arzu
  • 03 Aprel 2023 18:30

İtaliyada sağ koalisiya iqtidarının böyük ortağı və radikal sağçı İtaliya Qardaşları Partiyası ictimai idarəetmədə İtaliyan dilinin yerinə başqa dillərdən kəlmələrin işlədilməsini cəzalandıran qanun təklifi verib.

Gunusesi.info xarici mətbuata istinadən xəbər verir ki, təkliflə bağlı Baş nazir Georgia Meloninin partiyasının deputatı Fabio Rampelli parlamentin alt qanadı Təmsilçilər Məclisinə İtaliyan dilinn işlədilməsini zəmanət altına almaq üçün “yox olmaqdan qurtulmaq və qorunmaq” adlı qanun sənədini təqdim edib.

HTML tutorial
Qanun təklifində ingilis dilində kəlmələrin işlədilməsinə və diggər dillərdən olan sözlərə qadağalar gətirilir.

Bu qanunla ölkədə ictimai idarəetmədə bütün çalışanlardan yazılı və sözlü İtaliyan dilinə hakim olmaq şərt gətirilir. Ölkədə çalışan şirkətlərin iş ünvan adları, qısaltmaları rəsmi yazışmalarda ingilis dilinin işlədilməsi yasaq edilir.

Qanunun rəsmiləşməsi ilə bu qaydaları pozanlar 5 min ilə 100 min avro arasında pul cəzası alacaqlar.

Deputat Rampelli təkliflə bağlı Corriere della Sera qəzetinə bu açıqlamanı verib.

“İki səbəbi var; Birincisi vətəndaşların anlamaq haqları var. Əksi təqdirdə, demokratiya da yoxdur. İkincisi, qloballaşma proseslərinin hər yerdə ana dillərini riskə atması aşkardır”.

Gunusesi.info