
Rusiyanın Peterbur şəhərində partlayış olub. Kafedə yaşanan olay zamanı Vladimir Putinin hərbi bloq yazarı Vladen Tatarski həyatını itirib.
Gunusesi.info xarici mətbuata istinadən xəbər verir ki, partlayış olarkən 16 nəfər yaralanıb. Rusiyanın Daxili İşlər Nazirliyi açıqlamasında ölən yazarın Vladim Tatarski olaraq bilinən Maksim Fomin olduğunu vurğulayıb.
Rus mətbuatının yazdığınıa görə partlayışa səbəb Tatarskiyə dostları tərəfindən verilən heykəl hədiyyənin içinə yerləşdirilmiş bomba olub.
İddia təsdiqlənərsə, sentyabr ayından bəri Rusiya-Ukrayna savaşı çərçivəsində rus torpaqlarında gerçəkləşdirilən ikinci sui-qəsd olacaq.