Maldivə bu ölkənin vətəndaşları gedə bilməyəcək

  • By Sənan
  • 02 İyun 2024 19:41

Maldiv adalarının prezidenti Məhəmməd Muizzu İsrail vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edib.

Gununsesi.info -nun verdiyi xəbərə əsasən, bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib.

“Kabinetin qərarına İsrail pasportu sahiblərinin Maldiv adalarına girişini qadağan edən zəruri qanunlara dəyişiklik edilməsi və hökumət daxilində bu hərəkətlərə nəzarət edən komitənin yaradılması daxildir”, – deyə məlumatda bildirilib.

Gununsesi.info