
Polşa hakimiyyəti “kibernetik qalxan” yaratmaq üçün təxminən 700 milyon dollar ayırmağa hazırlaşır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bundan sonra ölkəni haker hücumlarından qoruyacağı güman edilir.
Daxili işlər naziri qeyd edib ki, layihəyə 3 milyard zloti (təqribən 700 milyon dollar) vəsait ayrılıb.
Polşanın İnformasiya Texnologiyaları naziri Kşiştof Qalkovski respublikada hər gün kiberhücumların baş verdiyini bildirib.
Onun sözlərinə görə, bu işdə Rusiyanın da əli var.
Gununsesi.info