Saatlıda kanaldan meyit çıxarıldı

  • By Günel
  • 16 Fevral 2025 13:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Saatlı rayonunun Şirinbəyli kəndində kanaldan 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Bu barədə Gununsesi.info -ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info