Eyfel qülləsində bomba həyəcanı

Bu gün Fransanın paytaxtı Parisdə yerləşən Eyfel qülləsi bombalı hücum iddiasına görə boşaldılıb. 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, qüllə naməlum adamın bombanı partlatmaqla hədələməsindən sonra bağlanıb.

Belə ki, həmin şəxs bunu yerli televiziya kanallarından birinə zəng edərək bildirib.

Hadisədən sonra Eyfel qülləsi geniş təhlükəsizlik tədbirləri altında yenidən ziyarətçilərin üzünə açılıb.