Azərbaycan, İran və Rusiyanın nazir müavinləri görüşdü

Azərbaycan, İran və Rusiya energetika nazirlərinin müavinlərinin görüşü olub.

Gununsesi.info xəbər verir ki, görüş Rusiyanın paytaxtı Moskvada baş tutub.

Görüş zamanı İran, Azərbaycan və Rusiyanın enerji sistemlərinin birləşdirilməsi müzakirə olunub.

Nazir müavinləri layihələrin həyata keçirilməsi üçün ən son texniki tədbirləri nəzərdən keçiriblər.

Bundan əvvəl iyulun 16-da İranın energetika naziri Əli Əkbər Mehrabyan bəyan etmişdi ki, İran və Rusiya Azərbaycan Respublikası vasitəsilə elektrik enerjisi mübadiləsi aparacaqlar.

 

Gununsesi.info