“Altılı Masa” demokratik Türkiyə üçün Konstitusiya dəyişikliyi paketini açıqladı - VİDEO

  • By admin
  • 28 Noyabr 2022 17:24

Türkiyənin əsas siyasi qüvvələrini özündə cəmləşdirən CHP, İYİ Partiya, DEVA Partiyası, Gələcək Partiyası, Səadət Partiyası və Demokrat Partiyasının qurduğu “Altı Masa”nın konstitusiya dəyişikliyi təklifi açıqlanıb.

Gununsesi.ino-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə,  müxalif liderlər Konstitusiya Dəyişikliyi Təklifinin Təqdimat Toplantısında 84 maddənin məzmunu və 9 başlıqda edilən dəyişiklikləri  elan ediblər.

Açıqlamada deyilir:

“Biz, 28 fevral 2022-ci il tarixində Gücləndirilmiş Parlament Sistemi Anlaşma Memorandumunu imzalayan altı siyasi partiya olaraq respublikamıza demokratiya tacını qoyur, ədaləti bərqərar edir, fikir ayrılıqlarımızı sərvət kimi qəbul edərək azad birlikdə yaşayır, ictimai sülh və harmoniyanı təmin edirik. Bütün vətəndaşların insan ləyaqətinə hörmətlə yanaşırıq.Bu gün biz layiqli həyatı təmin etmək, plüralist və demokratik Türkiyə qurmaq və bu dəyərləri gələcək nəsillərə əmanət etmək üçün daha bir tarixi addım atırıq”.

 

 

Tərcümə:

Afət