
ABŞ polisi ‘irqçi’ olduğu düşünülən daha bir cinayət törədib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Çikaqo şəhərində 4 polis məmuru qaradərili Dekster Ridi təhlükəsizlik kəməri taxmadığı üçün saxlayıb və münaqişə zamanı 41 saniyədə 96 güllə ataraq öldürüb.
Belə ki, dörd polis məmuru ağ rəngli SUV tipli avtomobili mühasirəyə alaraq 26 yaşlı Ridə “qapını aç” deyə qışqırıblar, bundan sonra xeyli silah səsləri eşidilib.
Hadisədən sonra xəstəxanaya çatdırılan Ridin öldüyü, bir polis əməkdaşının isə yaralandığı bildirilir.
COPA-nın verdiyi məlumatda Ridin silahından ilk atəş açdığı və daha sonra polisin cavab verdiyi bildirilsə də, ictimaiyyətə açıqlanan görüntülərdə bu aydın olmayıb.
COPA təşkilatı, şübhəli qaradərili gəncə 41 saniyə ərzində 96 güllə atan polis məmurlarının istintaq tamamlanana qədər vəzifələrindən uzaqlaşdırılmasını tələb edib.
ABŞ senatoru Dik Durbin X sosial media platformasında hadisəni göstərən videodakı şiddətin “şok edici” olduğunu bildirib.
“Hüquq-mühafizə orqanlarımızın əməkdaşları cəmiyyətə şərəf və cəsarətlə xidmət edir və bir çox risklərlə üzləşirlər. Ancaq and içdikləri yüksək standartlara əməl etməyənlər məsuliyyətə cəlb edilməlidir. Ümid edirəm ki, vaxtında aparılan araşdırma ədalətli şəkildə olacaq”-deyə o əlavə edib.
Şəbnəm
Gununsesi.info