
İsveçrənin 800-ə yaxın hərbçisi 2025-ci ilin yazında Avstriya ərazisində bu ölkə və Almaniya ilə birgə dörd həftəlik təlimlərdə iştirak edəcək.
Gununsesi.info xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə İsveçrə Federal Şurasının bəyanatında deyilir.
Bildirilir ki, aprelin 10-da keçirilən iclasda ölkənin silahlı qüvvələri ilə birgə Avstriyada hərbi təlimlərin təşkili planları barədə Federal Şuraya məlumat verilib.
“Təlimlər 2025-ci ilin yazında planlaşdırılır və hərbi bölmənin iştirakı könüllüdür”, – məlumatda deyilir.
Həmçinin bildirilir ki, döyüşçülər xaricdə daha iri qarışıq döyüş birləşmələrində təlim keçmək üçün təcrübə qazanacaqlar.
Gununsesi.info