Məlahət İbrahimqızı ağac əkdi –FOTOLAR

Məlahət İbrahimqızı ağac əkdi –

1 fevral 2020-ci il tarixində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Mənzil İnşaatı Dövlət Agentliyi üzrə ərazi ilk partiya təşkilatının birgə təşəbbüsü ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş ənənəvi ağacəkmə aksiyası keçirilib. Bu aksiya Mənzil İnşaatı Dövlət Agentliyinin istifadəyə verdiyi Yasamal Yaşayış Kompleksinin ərazisində ikinci dəfədir ki, təşkil olunur. Tədbirin əsas məqsədi möhtərəm prezident cənab İlham Əliyevin sərəncamı ilə elan olunmuş Azərbaycanda 2020-ci il – “Könüllülər ili” çərçivəsində gənclər arasında ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ətraf mühitin qorunması hissini aşılamaq və ekoloji problemlərə qarşı mübarizədə gənc nəsli könüllülük fəaliyyətinə səsləməkdir.

Aksiya zamanı 200-ə yaxın yeni ağac əkilmiş, həmçinin ərazidə keçən il əkilmiş Eldar şamı, çinar, zeytun ağacları və bəzək kollarından ibarət 100-dən çox bitkiyə qulluq göstərilmişdir.

 

 

 

Gununsesi.org

COMMENTS