“Neftçi” – “Sumqayıt” matçı zamanı insident baş verib

“Neftçi” – “Sumqayıt” matçı zamanı insident baş verib

Azərbaycan Premyer Liqasında XV turun “Neftçi” – “Sumqayıt” matçı zamanı insident baş verib.

Gununsesi.org-un məlumatına görə, oyunun sonlarında qonaq komandanın 3 azarkeşi fişəng yandırdıqları üçün tribunadan çölə çıxarılıb. Onlar post-patrul maşınına mindirilərək, Nizami rayonu 24-cü polis bölməsinə aparılıblar.

Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Gununsesi.org

COMMENTS