İşçisi Oqtay Əsədovu məhkəməyə verib- SAXTA SƏRƏNCAMA GÖRƏ

İşçisi Oqtay Əsədovu məhkəməyə verib

 

Milli Məclis Aparatının Beynəlxalq Münasibətlər Şöbəsinin Beynəlxalq Parlament təşkilatları ilə iş sektorunun sabiq müdiri Rahim Axundov Milli Məclis sədri Oqtay Əsədovu məhkəməyə verb.

Gununsesi.org-un xəbərinə görə, Rahim Axundovun bu addımı atmasına səbəb özündən xəbərsiz işdən azad edilməsi olub.

Bakı İnzibati Məhkəməsinə etdiyi müraciətində sabiq sektor müdiri şikayətində Milli Məclis rəhbərliyinin qanunsuz əməlini göstərib.

Belə ki, Rahim Axundov 2018-ci ilin dekarın 25-də işdən azad olunması barədə Milli Məclis sədrinin sərəncamının saxta olduğunu iddia edib.

Buna sübut kimi həmin günü Oqtay Əsədovun İran İslam Respublikasında səfərdə olduğunu  göstərib.

Məhkəməyə təqdim edilən şikayətdə Oqtay Əsədovun həmin günü İranda səfərini əks etdirən rəsmi məlumatlar  yer ayrılıb.

 

ELMAR

Gununsesi.org

COMMENTS