Rüstəm Usubovun məşhur vəkili cəzalandırmaq istəyi baş tutmadı

Rüstəm Usubovun məşhur vəkili cəzalandırmaq istəyi baş tutmadı

“Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında oldum. Baş Prokurorun birinci müavini cənab Rüstəm Usubovun müraciəti əsasında başlanmış intizam icraatına xitam verildi”.

Bu barədə Gununsesi.org-a vəkil Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, eyni zamanda fərdi fəaliyyətimin davam etdirilməsi barədə müraciəti də təmin edilib: “Əlavə olaraq bildirildi Vəkilliyin 100 illiyi medalına layiq görüldüyüm bildirildi. Hər üç qərara görə başda Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırov olmaqla Rəyasət Heyətinin bütün üzvlərinə öz dərin təşəkkürümü bildirirəm”.

 

Gununsesi.org

COMMENTS