Tanınmış jurnalist Tofiq Gülməmmədov vəfat edib.
Gununsesi.org xəbər verir ki, bu barədə jurnalist Elnarə Dərziyeva sosial şəbəkə hesabında məlumat yayıb. Xanım jurnalist yazıb:
“Dəyərli jurnalist, həyat eşqli insan – Tofiq Gülməmmədovu itirdik. Ölüm sizə yaraşmırdı, Tofiq müəllim… Çox pis xəbər oldu. Allah rəhmət eləsin!”
Qeyd edək ki, Tofiq Gülməmmədov AzTV-də və “Neftçi İdman Klubu” İctimai Birliyinin mətbuat xidməti üzrə meneceri və “Neftçi” qəzetində baş redaktor işləyib.
COMMENTS