Premyer Liqa: “Neftçi” “Sumqayıt”matçı heç-heçə ilə yekunlaşıb

Premyer Liqa: “Neftçi” “Sumqayıt”matçı heç-heçə ilə yekunlaşıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun növbəti oyunu keçirilib.

Gununsesi.org-un məlumatına görə, “Bakcell Arena”da “Neftçi” “Sumqayıt”ı qəbul edib. Gənc referi Kamal Umudlunun idarə etdiyi matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

41-ci dəqiqədə Voislav Stankoviç kobud oyunu ilə əlaqədar meydandan qovulub. Baş hakimin təyin etdiyi cərimə zərbəsini isə Rəhim Sadıxov dəqiq yerinə yetirib.

Flaqman azlıqda olmasına baxmayaraq, bərabərlik qolunu vurmağı bacarıb. 71-ci dəqiqədə Baqali Dabo təkbətəkdən fərqlənib.

Bu nəticədən sonra xalını 26-ya çatdıran “Neftçi” 2-ci pillədə qalıb. 19 xala malik “Sumqayıt” isə 5-cidir.

Qeyd edək ki, turun açılış matçında “Zirə” “Sabah”ı 2:0 hesabı ilə yenərək, 4-cü pilləyə yüksəlib. Tura fevralın 2-də keçiriləcək “Qəbələ” – “Keşlə” və “Səbail” – “Qarabağ” matçları ilə yekun vurulacaq.

 

 

Gununsesi.org

COMMENTS