Azərbaycan millisi Slovakiya yığması ilə heç-heçə edib

Azərbaycan millisi Slovakiya yığması ilə heç-heçə edib

Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının elit-raundunda son oyununu keçirib.

Gununsesi.org-un məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv Slovakiya yığması ilə üz-üzə gəlib.

Xorvatiyanın Osiek şəhərindəki “Gradski vrt Arena”da təşkil olunmuş qarşılaşmada qalib müəyyənləşməyib – 3:3.

Bununla da Azərbaycan millisi C qrupunda mübarizəni 4 xalla başa vurub. Slovakiya isə 1 xalla sonuncu olub.

Qrup qalibi və elit-raunda vəsiqə verən ikinci yerin taleyi saat 23:00-da başlanacaq Xorvatiya – Rusiya matçından sonra müəyyənləşəcək.

Rusiya bu görüşdə qələbə qazana bilməsə, Azərbaycan qrup ikincisi kimi elit-raunda yüksələcək.

DÇ-2020, elit raund

20:00. Slovakiya – Azərbaycan – 3:3

Qollar: Marian Hudek, 9. Matuş Şevçik, 31. Matuş Kiyovski, 40 – Rafael Vilela, 17. Matuş Kiyovski, 29 (öz qapısına). Bolinya, 40

Hakimlər: Angelo Galante, Chiara Perona və Nicola Manzione (hamısı İtaliya)

Osiek (Xorvatiya), “Gradski vrt Arena”

 

 

Gununsesi.org

COMMENTS