Fələstin İsrail və ABŞ-la bütün əlaqələrini kəsib

Fələstin İsrail və ABŞ-la bütün əlaqələrini kəsib

Bu gün Fələstin prezidenti Mahmud Abbas İsrail və ABŞ-la bütün əlaqələrin dayandırıldığını elan edib.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, o, bunu Qahirədə Ərəb Dövlətləri Liqasının toplantısında bəyan edib.

“Mən Netanyahuya (İsrailin Baş naziri) və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbərinə məktüb ünvanlamışam. Bundan sonra Fələstin ABŞ ilə təhlükəsizliyin təmin olunması məsələsində əməkdaşlıq etməyəcək və əvvəllər imzalanmış bütün razılaşmalar bizim üçün qüvvədən düşüb.”, – M.Abbas deyib.

Onun sözlərinə görə, Amerika tərəfinin planı münaqişənin həllinə yardım etməyəcək.

O, ABŞ prezidenti Donald Trampın təklif etdiyi “əsrin sazişi” əsasında İsrail ilə danışıqlar aparılmasının mümkünsüzlüyünü bildirib.

 

Gununsesi.org

COMMENTS