Gununsesi.org xəbər verir ki, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rusiya Konstitusiyasında Allaha inamın necə daxil olacağına dair müzakirəyə başlamağı təklif edib.
“Gəlin dua edək, istəyək ki, əsas qanunumuzda Allahın adı zikr olunsun. Çünki Rusiya vətəndaşlarının çoxu Allaha inanır. Mən yalnız pravoslavlar haqqında danışmıram – müsəlmanlar və bir çoxları haqqında da danışıram. Himnimizdə “Allah tərəfindən qorunan doğma vətən” ifadəsi var, niyə Konstitusiyamızda da Allaha inamla bağlı bir məqam olmasın?
Düşünürəm ki, birgə səylər və dualarla Allaha imanla bağlı olan bu fikrin konstitusiyamıza düşməsini təmin edə bilərik. İnanıram ki, bu gün bu barədə müzakirəyə başlamaq mümkündür.
Gununsesi.org
COMMENTS