“80 min suriyalı İdlibdən Türkiyə sərhədlərinə doğru hərəkət edir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Avropa İttifaqına müraciət edən prezident Türkiyənin bu ağır işin altına təkbaşına girməyəcəyini diqqətə çatdırıb.
“Türkiyə bu köç yükünü təkbaşına daşımayacaq. Ehtimal olunan bu böyük köç dalğası Yunanıstan və Avropa ölkələrinə də yayılacaq”.
Ərdoğan Avropa İttifaqı yardım etməyəcəyi halda, 2015-ci ildə baş verən miqrant böhranının yenidən təkrarlana biləcəyini bildirib:
“Lakin buna baxmayaraq, Suriyanın şimalında təhlükəsiz şəhərlərin yaradılmasına dəstəyin olmayacağı , simvolik rəqəmlərlə qaçqınlara yardım edilməyəcəyini bilirik”.
COMMENTS