
44 günlük Vətən müharibəsinin 1 ili sona çatdı. Bu müharibə xeyirin şər, ağın qara üzərində, doğrunun yalan, haqqın nahaq üzərində qələbəsi idi.
Müharibə 200 il boyunca dünyanı məkrli yalanları ilə aldadan, soykökü bilinməyən, faşizmə xidmət edən, yediyi çörəyi tapdalayan bir toplum üzərində qələbə idi. Buna görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna dərin təşəkkür edir, yaralı əsgər və zabitlərimizə şəfa diləyir, şəhidlərimizin ruhu və onların valideynləri qarşısında baş əyirik. Öz qanları, canları ilə Vətənimizi bütövlüyünə qovuşduran igid oğullarımızın xatirəsi isə xalqımızın qəlbində əbədi yaşayacaqdır.
“44 GÜNLÜK ZƏFƏR SAVAŞI”-ında canını vətən yolunda fəda edən daha bir şəhidimizin anım günüdür.
Noyabrın 3-də Gəncədə keçiriləcək ANIM tədbirində şəhid İsmayılov Rabil Elbrus oğlu anılacaq.
Gununsesi.info-nun məlumatına görə, mərhum leytenantın ruhuna təşkil edilmiş tədbir yaşadığı və doğulduğu Gəncə şəhəri, Nizami rayon Gülüstan qəsəbəsində (bina 17, mənzil- 18) baş tutacaq. Tədbirdə şəhidin ailə üzvləri ilə yanaşı onu tanıyan yaxınları dostları, təhsil aldığı məktəbin kollektivi də iştirak edəcək.
Məlumat üçün bildiririk ki, şəhid Rabil İsmayılov orta təhsilini 1987-97-ci illərdə Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən 14 saylı orta məkdəbdə alıb. Daha sonra Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” – Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə ali təhsil alıb. 1997-2001-ci ildə həmin universiteti bitirərək 2001-2003-cü illər ərzində Gəncə Dövlət Universitetində magistr təhsil pilləsi üzrə 1-ci dərəcəli tam ali təhsil diplomuna layiq görülüb. Hərbi xidmətini Naxcıvan Muxtar Respublikasının Ordubad rayonundakı “N” saylı hərbi hissədə keçirib. Hərbi xidmətini başa vurduqdan sonra oxuduğu Gəncə şəhəri 14 saylı tam orta məktəbində riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlayıb və 16 oktyabr 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə rayon Şöbəsindən ehtiyyatda olan zabit kimi Qarabağımızın erməni işğalından azadlığı uğrunda Cəbrayıl, Füzüli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.
Rabil İsmayılov 2 noyabr 2020-ci ildə Xocavənd rayonu uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. O, ölümündən sonra “Cəbrayıl uğrunda”, “Füzüli uğrunda”, “Xocavənd uğrunda”, “Vətən uğrunda” medalları ilə təltif edilib. Ailəli idi, Amil və Kamran adlı iki övladı var.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Gununsesi.info