
Ukrayna Prezidenti Vladimir Zelenski BMT-nin Qlazqoda keçirilən Qlobal İqlim Dəyişikliyi üzrə 26-cı konfransında çıxışını etməyib.
Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Con Kerri danışması üçün Zelenskini tribunaya dəvət edib.
“İcazə verin Prezident Zelenskini dəvət edim. Ancaq onu görmürəm”, – deyə Kerri ətrafına boylanıb.
Üç liderin çıxışından sonra Kerri növbəti qrupu təqdim edib, ancaq Zelenski hələ də zalda gözə dəyməyib.
Gununsesi.info