
Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı davam edir.
Gununsesi.info xəbər verir ki, bu gün Azərbaycanın iki təmsilçisi 1/4 final görüşünə çıxıb.
Belə ki, əvvəlcə 86 kq çəki dərəcəsində çıxış edən Loren Alfonso Dominges rusiyalı Şaraputdin Atayev ilə qarşılaşıb.
Rəqibinə 4:1 hesabı qalib gələn Dominges yarımfinala vəsiqə qazanıb. Boksçu bununla da ən azı bürünc medalı təmin edib.
Onun növbəti raunddakı rəqibi kubalı Ruis Kordova olacaq.
Ardınca isə +92 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev növbəti döyüşünə çıxıb.
Hindistanlı Narender Berval ilə üz-üzə gələn Abdullayev qələbə qazanaraq yarımfinala yüksəlib və o da Loren Alfonso Dominges kimi ən az bürünc medalı təmin edib.
Gununsesi.info