
Şimali Koreya ABŞ administrasiyasının Tayvana dəstək verməsi ilə bölgədə gərginliyin artdığını bildirib.
Gununsesi.info xəbər verir ki, Şimali Koreyanın Xarici İşlər nazirinin müavini Pak Myong Ho verdiyi açıqlamada ABŞ-ı Tayvan boğazına hərbi gəmilər göndərdiyinə, Tayvana silah sistemləri verdiyinə və əsgərlərə hərbi təlim keçdiklərinə görə tənqid edib.
ABŞ administrasiyasının bölgədə hərbi gərginliyi artıraraq Tayvanı dəstəklədiyini ifadə edən Pak ABŞ-ın Şimali Koreya üçün potensial təhlükə yaratdığını bildirib.
Gununsesi.info