Kür çayının sahilində meyiti tapılan kişinin kimliyi məlum oldu

Kür çayının sahilində meyiti tapılan kişinin kimliyi məlum olub.

Gununsesi.info xəbər verir ki, rayon sakini, 1963-cü il təvəllüdlü Nizaməddin Rəcəbovun meyiti Kür çayının sahilində, Yevlax şəhər ərazisində olan körpünün yaxınlığında tapılıb.

HTML tutorial

Onun üzərində xəsarətlər aşkarlanmayıb və suda boğularaq öldüyü ehtimal edilir.

Qeyd edək ki, mərhumun yaxınlarının bildirdiyinə görə, həmin şəxsin psixoloji problemləri olub və tüfeyli həyat tərzi yaşayıb. O, 10 gün öncə itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.

16:18

Kür çayında naməlum insan meyiti tapılıb.

Gununsesi.info xəbər verir ki, meyit Kürün Yevlax rayonu ərazisindən keçən hissəsində aşkar edilib.

Hadisə yerinə Yevlax Rayon Prokurorluğu və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunublar.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əraziyə baxış keçirilir.

Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Gununsesi.info