Ucarda ağır yol QƏZASI -Ölən və yaralananlar var/YENİLƏNDİ

Ucarda qəzada ölən və yaralanan şəxslərin adı bəlli olub.

O, 2014-cü il təvəllüd Aynişan Elnur qızı Abdullayevadır.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, xəsarət alanlardan biri 2019-cu il təvəllüdlü Ruqiyyə Elmir qızı Abdullayevadı.

Yaralı Ucar rayonuna gətirilib. Digər xəsarət alanlar – 1992-ci il təvəllüdlü Səidə Nazim qızı Nəsibova və 1965-ci il təvəllüdlü Kamalə Zabit qızı Nəsibova Kürdəmir xəstəxanasına yerləşdirilib.

09:08

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Müsüslü-Bərgüşad kəndləri istiqamətindən keçən hissəsində baş verib.

İdarəetmədən çıxan “Mersedes” markalı avtomobilin aşması nəticəsində təxminən 12-13 yaşlı qız uşağı dünyasını dəyişib. Xəsarət alan 2-3 yaşlı körpə və daha iki nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info