Binəqədidə dəhşətli qəza: 3 nəfər öldü

Ötən gecə Bakı şəhər Binəqədi rayonu ərazisində ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzalının qarşısında – Biləcəri qəsəbəsi ərazisində “Nissan” markalı minik avtomobili “Shacman” markalı yük maşınına çırpılıb.

HTML tutorial

Nəticədə “Nissan”da olan şəxslərdən 3 nəfər hadisə yerində vəfat edib, 1 nəfər xəstəxanaya yerləşdirilib. Ölənlərin yaxın qohum olduğu bildirilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Gununsesi.info