
Amerikada növbəti ildə Prezidentlik seçkilərində yarışacaq namizədlərin adları açıqlanmağa davam edir.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Amerikanın Arkanzas bölgəsinin İcra baççısı Asa Hatçinson 2024-cü ildə keçiriləcək Prezident seçkilərində namizəd olacağını bildirib.
72 yaşlı Hatçinson Cümhuriyyətçi Partiyadan namizəd olacaq.
Bentonville şəhərində xalqa açıq bir açıqlama verən A. Hatçinson bunları deyib:
“Bu gün Amerika Prezidenti namizədi olduğumu açıqlayıram. Bu prezidentlik kampaniyasında təcrübəm və liderliyim baxımdan təkbaşına bildirirəm”.
Keçmiş İcra başçısı iqtisadiyyat, sinayətlər və sərhəd təhlükəsizliyi kimi mövzularda Bayden iqtidarını qınayıb.
Xatırladaq ki, daha öncə A. Hatçinson karyerasının çoxunu ictimai xidmətlə keçirib. Təmsilçilər Məclisində federal prokuror və Narkotiklə Mübarizə İdarəsinin Başçısı olaraq çalışıb.
Qeyd edək ki, 2024-cü il prezidentlik seçkilərinə qatılacaq namizədlərin adları arasında keçmiş Prezident Donal Tramp, keçmiş Cənubi Karolina İcra başçısı Nikki Haley, Ohayodan olan iş adamı Vivek Ramasvami, hazırkı Prezident Co Bayden və Miçiqandan olan iş adam Perri Conson yer alır.
Tərcümə: Arzu Sayadoğlu
Gununsesi.info