Gəncədə avtomobil aşıb, xəsarət alan var -FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

HTML tutorial

Hərəkətdə olan “Mecedes-Benz” ilə “Niva” markalı minik maşınları toqquşublar. Qəzadan sonra “Niva” yoldan çıxaraq aşıb. Nəticədə 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info