Aeroport yolunda zəncirvari qəza - FOTOLAR /YENİLƏNDİ

Heydər Əliyev prospektinin aeroport yolu kimi tanınan hissəsində zəncirvari qəza olub.

Gununsesi.info xəbər verir ki, hadisə yolun mərkəz istiqamətində olan hissəsində baş verib.

HTML tutorial

Qəza yerinə təcili tibii yardım maşını cəlb olunub, yaralının olduğu bildirilir.

***

Ötən gecə aeroport yolunda baş vermiş zəncirvari qəzanın təfərrüatları məlum olub.

Saat 21:04-də Suraxanı rayonu Heydər Əliyev prospektinin “Bakı Expro Center”in yaxınlığından keçən hissəsində Vüsal Zəhidovun idarə etdiyi “Kia Rio”, Məriş Rüstəmovun idarə etdiyi “Opel Meriva” və Bəhruz Məhərrəmlinin sürdüyü “Toyota Prius” toqquşub. Nəticədə 1987-ci il təvəllüdlü Məhərrəmli Bəhruz Müsəllim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində  ölüb.

Faktla bağlı Suraxanı RPİ-nin İstintaq şöbəsində CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

 




Gununsesi.info