
Meksikada silahlı toqquşma olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Miçoakan bölgəsində silahlı birliklər arasında yaşanan qarşıdurmada 1 əsgər olmaqla, 7 nəfər ölüb.
Bu ölkənin Daxili İşlər Naziri Karlos Torres hücumun hərəkətdə olan əsgəri müşahidə karvanına edildiyini açıqlayıb.
Hücumçuların narkotik kartellərinin üzvlərinin olması ehtimal edilir.
Tərcümə: Arzu Sayadoğlu
Gununsesi.info