Biləsuvarda yaşayış binasında baş verən partlayışın səbəbi AÇIQLANDI - FOTOLAR /VİDEO -YENİLƏNDİ

Biləsuvarda yaşayış binasında baş verən partlayışın səbəbi açıqlanıb.

Bu barədə Biləsuvar rayon prokurorluğu məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, aprelin 24-ü saat 19 radələrində Biləsuvar rayonu, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları hadisə baş verən əraziyə cəlb olunmaqla zəruri tədbirlər həyata keçirilir.

İlkin ehtimala görə partlayışa səbəb qaz sızması olub.

Hazırkı vaxtadək dağıntılar altında qalan 2 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib. Axtarış-xilasetmə işləri davam etdirilir.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ağır nəticələrə səbəb olan səhlənkarlıq) cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

20:53

Biləsuvarda hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş partlayış nəticəsində mənzilin tavanı və dam örtüyünün çökdüyü müəyyən edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağıntılar altından bir nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

 

20:05

Biləsuvar şəhəri Heydər Əliyev prospektində 5 mərtəbəli binanın 5-ci mərtəbəsində partlayış baş verməsi ilə bağlı məlumat Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə daxil olub.

FHN-dan APA-nın sorğusuna cavab olaraq bildirib ki, ilkin ehtimala görə mənzildə partlayış qaz sızmasından qeydə alınıb.

Dərhal FHN adiyyatı qurumları hadisə yerinə cəlb edilib. İlkin baxış zamanı partlayış baş berən mənzilin dam örtüyünü çökməsi müəyyən edilib. Hazırda əməliyyat davam etdirilir.

19:38

Biləsuvarda yaşayış binasında partlayış olub.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli yaşayış binasında baş verib.

Partlayış yerinə hüquq-mühafizə orqanlarının əməkfaşları, yanğınsöndürən qüvvə və xilasedicilər cəlb olunub.

Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.


Gununsesi.info