Keçmiş arvadını ofisdə bıçaqlamışdı - Hakim qarşısına çıxarılır

Şəmkirdə 27 yaşlı Günay Musayevaya xəsarət yetirilməsi faktı üzrə cinayət işinin istintaqı tamamlanıb.

Rayon prokurorluğundan Gununsesi.info-ya verilən məlumata görə, istintaqla 33 yaşlı Zirəddin Zirəddinzadənin Şəmkir şəhəri, Həzi Aslanov küçəsində yerləşən ofislərin birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş arvadı Günay Musayevaya bıçaqla xəsarətlər yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Z. Zirəddinzadəyə Cinayət Məcəlləsinin 29, 120.2.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında qeydə alınıb.

 

Gununsesi.info