
Bakıda gənc oğlan döş qəfəsindən bıçaqlanaraq ağır xəsarət alıb.
Gununsesi.info xəbər verir ki, mübahisə zəminində 2001-ci il təvəllüdlü Sabir Cavad oğlu Məmmədyarov bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.