
Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, rayon sakinləri – 1989-cu il təvəllüdlü Nemət Ağayev və 1993-cü il təvəllüdlü Qurban Ağayev bıçaq xəsarətləri alıblar.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
İlkin ehtimala görə, iki qardaş bir-birinə bıçaq xəsarəti yetirib. Hadisənin detalları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.