Dünyanın ən böyük kofe mağazaları şəbəkəsi olan “Starbucks“ ABŞ-dakı bəzi mağazalarını açmağa hazırlaşır.
Gununsesi.org bu barədə “CNN”ə istinadən xəbər verir.
“Bütün bölgələrdə vəziyyəti yaxından izləyirik. Bundan sonra mağazalarımızın nə vaxt tamamilə fəaliyyətə başlayacağına qərar verəcəyik”, – şirkətin icraçı direktoru (CEO) Kevin Johnson bildirib.
Qeyd edək ki, şirkətin ABŞ-dakı 15 mindən çox mağazasından bəziləri “səyyar xidmət” sistemi ilə, regional mağazaları isə evə çatdırılma xidmətləri təklif edir.
Bu il beynəlxalq birjalarda “Starbucks”ın səhmlərinin dəyəri 17% azalıb.
Gununsesi.org
COMMENTS