İsrail ordusu Qəzza zolağında 750 hərbi obyektə zərbələr endirdi – VİDEO

İsrail ordusu yeraltı tunellər, hərbi komplekslər və postlar, həmçinin HƏMAS-ın yüksək rütbəli məmurlarının iqamətgahları da daxil olmaqla hücum edib.

Gununsesi.info xəbər verir ki, İsrail ordusu bu gecə ərzində Qəzza zolağında 750 hərbi obyekti vurduğunu bildirib.

“İsrail Müdafiə Qüvvələri gecə ərzində HƏMAS terrorçularının yeraltı tunelləri, hərbi komplekslər və postlar, hərbi komandanlıq mərkəzləri kimi istifadə edilən yüksək rütbəli terrorçu yaraqlıların iqamətgahları, silah anbarları və rabitə məntəqələri də daxil olmaqla 750 hərbi obyektə zərbələr endirib”, – deyə məlumatda bildirilir.