
Yanvarın 1-dən bəri xəbər alınmayan iki britaniyalı alpinistdən birinin meyiti İtaliya Alp dağlarında tapılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın Alp Xilasetmə Xidməti Trento yaxınlığındakı Adamello dağlarında səyahətə çıxan və yanvarın 1-dən bəri xəbər alınmayan britaniyalı alpinistlər Aziz Ziriat və Sam Harrislə bağlı açıqlama verib.
Açıqlamada alpinistlərdən birinin cansız cəsədinin telefon qeydlərindən istifadə edilərək tapıldığı bildirilib.
Digər alpinistin axtarış-xilasetmə işlərinin davam etdiyi, əlverişsiz hava şəraiti səbəbindən işlərin çətinləşdiyi bildirilib.
Komandaların tapdığı cəsədin hansı alpinistə aid olduğu hələ müəyyən edilməyib.
Orxan Saffari