Ukraynalılar üçün qanun layihəsi hazırlanıb

Çexiyanın Daxili İşlər Nazirliyi ukraynalı qaçqınların öz vətənlərinə könüllü qayıtması ilə bağlı “Lex Ukrajina VI” qanun layihəsi hazırlayıb.

“Ukraynaya qayıtmaq üçün əcnəbilərin yardım tələbinin artmasına cavab vermək lazımdır. Orada vəziyyət bir çox cəhətdən qənaətbəxş olmasa da, geri qayıtmaqda maraqlı olanlara kömək təklif etmək məqsədəuyğundur”

Gununsesi.info xəbər verir ki, bu barədə EADaily məlumat yayıb. Qanun layihəsinə əsasən proqramda köç ilə bağlı xərclərin bir hissəsinin ödənilməsi də nəzərdə tutulub.

Eyni zamanda, qaçqınlar proqramdan yalnız bir dəfə istifadə edə biləcəklər. Bunun üçün onlar xərclərin bir hissəsini öz üzərinə götürəcək. Əgər gələcəkdə ukraynalılar Çexiyada yaşamaq üçün yenidən qayıtmaq istəsələr, ilk növbədə göstərilən yardım məbləğinin yarısını qaytaracaqlar. Əks halda, viza müraciəti qəbul edilməyəcək.

Bildirilir ki, 360 mindən çox ukraynalı Çexiya müvəqqəti viza alıb.

Qeyd edək ki, Çexiyada yaşayan ukraynalıların 25%-i vətənə qayıtmaq istəyirdisə, bir il əvvəl bu rəqəm təxminən 33% idi.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info