Şirvanın 102 yaşlı sakini vəfat etdi

Şirvan şəhərinin uzunömürlü sakinlərindən olan İskəndərova Minə Mirzəbala qızı 102 yaşında vəfat edib.

Bu barədə Gununsesi.info-ya rayon icra hakimiyyətindən məlumat verilib.

Bayramlı qəsəbəsində yaşayan Minə İskəndərovanın 10 övladı, 28 nəvəsi, 48 nəticəsi və 6 kötücəsi var.

 

Gununsesi.info