
Türkiyənin Adıyaman vilayətində yenidən zəlzələ qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Kandilli Rəsədxanasının rəsmi tviter səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Sincik rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4.4 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 5 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
Gununsesi.info